Nazirlik 8 nəfərin öldüyü qəza ilə bağlı açıqlama yaydı

Avqustun 4-də Lerik rayonunda yerli turistləri daşıyan avtobusun qəzaya uğraması ilə bağlı rəsmi açıqlama yayılıb.

Globalinfo.az bildirir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev hadisə ilə bağlı “Qafqazinfo”ya açıqlama verib:

“Hadisə Lənkəran-Lerik yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində olub. İlkin ehtimala görə idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb. Nəticədə 8 nəfər dünyasını dəyişib, xəsarət alan şəxslər isə tibbi yardım göstərilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır”.