Mədəniyyət naziri Adil Kərimli oktyabrın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) ziyarət edib.
Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, elm və təhsil naziri Emin Əmrullayevin də iştirak etdiyi ziyarət zamanı BMA-nın rəhbərliyi və pedaqoji kollektivinin bir qrup tanınmış üzvü ilə görüş olub.
Qeyd olunub ki, dahi Üzeyir Hacıbəylinin təməlini qoyduğu təhsil ocağı Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayır. BMA-nın məzunlarının sorağı dünyanın məşhur səhnələrindən gəlir.
Söhbət zamanı təhsil ocağının fəaliyyət istiqamətləri, tədrisin keyfiyyəti, beynəlxalq əməkdaşlıq imkanları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkilləri çəkdirilib.