Emin Emrullayev 1

Qarabağ Universitetinə 2026-2027-ci tədris ili üzrə 49 ixtisasda 1235 tələbə qəbul olunub.

Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında deyib.

Nazir bildirib ki, universitet üzrə 1403 plan yeri müəyyənləşdirilib. Qəbul olunanlardan 603 nəfəri 500 və daha yüksək bal toplayıb. Bu göstərici ötən illə müqayisədə 269 nəfər çoxdur.

Onun sözlərinə görə, 196 nəfər 600 və daha yüksək bal toplayıb. Bu rəqəm 2025-2026-cı tədris ili ilə müqayisədə təxminən 1,5 dəfə, 2024–2025-ci illə müqayisədə isə 2 dəfə çoxdur.

Qeyd olunub ki, Qarabağ Universitetində 500-dən yüksək keçid balı olan 13 ixtisas var. Tibb ixtisası üzrə keçid balı 634,2, stomatologiya üzrə 624,3, hüquqşünaslıq üzrə isə 600,8 və 600,1 bal təşkil edib.

Əmrullayev əlavə edib ki, qəbul olunan tələbələrin 60 faizdən çoxunu qızlar təşkil edir.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: