a79c652ead Muxtar babayev azerbaycanda erken xeberdarliq sistemi ile bagli layihe etrafinda is gedir

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Muxtar Bahadur oğlu Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib.

Globalinfo.az M.Babayevin dosyesini təqdim edir:

Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub.

O, orta məktəbi 1984-cü ildə Bakı şəhərində bitirib.

Sabiq nazir M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur.

1986-1988-ci illərdə hərbi xidmətdə olub.

Muxtar Babayev 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.

1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.

2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

Sabiq nazir 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin IV və V çağırış deputatı seçilib.

7 dekabr 2010-cu ildə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü seçilib.

Bundan başqa, o, 2013-cü ildən “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının üzvüdür.

2024-cü ilin yanvarın 7-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti təyin olunub.

19 sentyabr 2012-ci ildə “Tərəqqi” medalı, 7 noyabr 2017-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Prezidentin imzaladığı digər Sərəncamla M.Babayev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: