or

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) birləşmə və hissələrində olan minik, yüngül tipli maşınlara və sərnişindaşıyan avtobuslara baxış keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, baxış zamanı avtomobillərin texniki vəziyyəti, hərəkət təhlükəsizliyini təmin edən idarəetmə sistemlərinin sazlığı və komplektliyi yoxlanılıb.

Avtomobil texnikalarında qovşaq və mexanizmlərin sazlığı, yeriyən hissələrin həmçinin avtomobillərin konstruksiyasında olan digər hissələrin saz vəziyyətdə saxlanılmasına və texniki qulluğun göstərilməsinə xüsusi diqqət yetirilib.

Ən yaxşı nəticəni göstərən hərbi hissələr baxışın sonunda mükafatlandırılıb.

Qeyd edək ki, texnikada yaranan nasazlığın aradan qaldırılması, ona texniki qulluğun lazımi qaydada göstərilməsi yüksək təcrübə və bilik tələb edir.

Azərbaycan Ordusunun birləşmə və hissələri arasında keçirilən texniki baxışlar şəxsi heyətin bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş və texniki hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətində mühüm rol oynayır.

dcd1241ea5de730b4465aca18d4ba96c 931bcce3777e4c73f6663f26c9dbd076 ebe53567d4cde5c9d172f14f18bfb79a f85e3dbc68d4c4925a49b912930f8a94 d25b2f9dda0bd61d64fd7c908bab40b6 f6c3320374457777882228873c17a1ed

Paylaş: