Naxçıvanda DİN ləğv oluna bilər: Bakıdan rəis göndəriləcək – FOTO

Naxçıvanda son günlər aparılan bir sıra islahatlar çərçivəsində Muxtar Respublika ilə bağlı sabah daha bir yeni qərara imza atılacağı gözlənilir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ləğvi ilə bağlıdır.

Bildirilir ki, hələ ki Naxçıvan DİN ləğv edilməyib. Belə ki, Naxçıvan DİN-in əvəzinə Azərbaycan DİN-in tabeliyində Naxçıvan Baş Polis İdarəsi yaradılacaq.

Həmçinin o da deyilir ki, Suraxanı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Süleyman Nemətovun idarəyə rəis təyin edilməsi də gözlənilənlər addımlardan biridir.

Qeyd edək kii, Süleyman Nemətov Suraxanıdan əvvəl Sumqayıtda polis rəisinin müavini, Qubada isə rəis kimi fəaliyyət göstərib.

Xatırladaq ki, son bir ayda Naxçıvanın həm Dövlət Təhlükəsizliyi Xidməti (DTX), həm də Dövlət Gömrük Komitəsi ləğv edilərək müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi və Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.