Azərbaycanda 4 vəzifəli şəxs işdən azad edildi

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mühasibi, iki şöbə və bir sektor müdiri işdən çıxarılıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı muxtar respublikanın təhsil naziri Rəhman Məmmədov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, nazirliyin şöbə müdirləri Abdulla Əsgərov və Vüsal Abdullayev, sektor müdiri Murad Babayev və mühasibi Sevindik Vəliyev vəzifələrindən azad olunublar.