Naxçıvanda yoxlamalar keçirilir – RƏSMİ

Naxçıvan Dövlət İmtahan Mərkəzində (DİM) yoxlamalar başlayıb.

Globalinfo.az xəbər verir ki, bu gündən mərkəzdə hüquq-mühafizə orqanları tərəfindən yoxlamalar keçirir.

Yoxlamaların səbəbinin 2022-ci ilin dekabr ayında müəllimlərin işə qəbulu imtahanın suallarının satılması ilə bağlı iddiadır.

Məlumatı Naxçıvan DİM-in mətbuat katibi Məmməd Babayev APA-ya açıqlamasında təsdiq edib.