Xalq artisti Hacı Murad Yagizarovun məzar daşı hazırlanıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, məzar daşı II Fəxri xiyabanda Xalq artistinin məzarı üstə ucaldılıb.
Qeyd edək ki, Xalq artisti Hacı Murad Yagizarov 2025-ci il, sentyabrın 15-i Almaniyanın Münhen şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.
Onun nəşi sentybarın 16-sı Azərbaycana gətirilib. Onunla Təzə Pir məscidində vida mərasimi keçirilib və həmin gün II Fəxri xiyabanda dəfn edilib.