WhatsApp Image 2026 10 21 at 10.58.07

Məşhur amerikalı pilot Amelia Erhartın 1937-ci ildə yoxa çıxan təyyarəsinin qalıqları olduğu ehtimal edilən obyektlə bağlı yeni araşdırma gözlənilən nəticəni verməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Tədqiqatçılar 2020-ci ildə peyk görüntülərində qeydə alınan obyekti araşdırmaq üçün Sakit okeanda, Kiribatiyə məxsus Nikumaroro adasına səfər ediblər. Lakin bunun ağac yığını olduğu müəyyənləşib.

Onlar əraziyə çatanda cismin böyük hissəsinin parçalanaraq suya qarışdığını, yalnız Y hərfinə bənzər bir hissənin qaldığını görüblər.

Layihənin rəhbəri Rik Pettiqryu araşdırmanın nəticəsini şərh edərkən bildirib ki, Erhartın yoxa çıxması ilə bağlı sirr hələ də açılmayıb: “Bu sirr 90 ildir davam edir”.

Rikin sözlərinə görə, ada öz sirlərini qoruyur və gələcəkdə kimsə burada qəti sübut tapa bilər.

Qeyd edək ki, Amelia Erhart 1937-ci ildə dünyanı təyyarə ilə dolaşmaq cəhdi zamanı yoxa çıxıb.

Getty Images Amelia Earhart Electra təyyarəsinin kabinəsində oturub Did a pilot just find Amelia Earhart’s long-lost plane on a remote island using Google Earth? | Mathrubhumi English

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: