1791657921 pezeskian1

“ABŞ İranla dialoqu bərpa etmək istəyirsə, Tehrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməli və təhdidlərə son qoymalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Pakistan ordusunun komandanı Asim Munirlə görüşü zamanı deyib.

“Əgər ABŞ həqiqətən danışıqlar aparmağa və razılığa gəlməyə çalışırsa, onun hazırkı davranışı məntiqsizdir və öz bəyanatları ilə tamamilə ziddiyyət təşkil edir”, – deyə Pezeşkian bildirib.

O əlavə edib ki, hazırda İran xalqı ABŞ-a etibar etmir və Vaşinqtonun istənilən an hərbi əməliyyatları bərpa edə biləcəyini düşünür.

Pezeşkianın sözlərinə görə, Vaşinqton həqiqətən İranla danışıqlar aparmaq istəyirsə, səmimiliyini sübut etməlidir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: