NATO-dan Zelenskiyə tələb: Ordu texnikanı işə saldı

NATO ölkələri Ukrayna Prezidenti Volodimir Zelenskidən yenidən mexanikiləşdirilmiş briqadaları ağır döyüşlərə cəlb etməsini istəyiblər.

Globalinfo.az xəbər verir ki, bu barədə amerikalı keçmiş kəşfiyyatçı Skott Ritter danışıb.

Onun sözlərinə görə, bundan sonra Kiyev kütləvi zirehli tank hücumlarına başlamağa məcbur olub.

“Onlar zirehli texnika batalyonlarını Rusiyanın onları tamamilə məhv etdiyi vurulma nöqtələrinə göndərirlər”, – deyə S.Ritter qeyd edib.

Qeyd olunur ki, NATO Ukraynanın əks-hücum əməliyyatının gedişatından narazıdır. Buna görə də Kiyevi NATO üsulu – zirehli texnikanın kütləvi iştirakı ilə hücuma sövq edirlər.

Ayşən Mustafa
Globalinfo.az