“Narkozla bağlı qorxum var. Çünki əməliyyat olunanda narkoz fərqli təsir etmişdi. Ürəyim dayanmışdı, kliniki ölüm keçirmişdim. Belə şeylərə bir az həssas yanaşıram ki, sağlamlıq gözəllikdən öndədir”.
Globalinfo.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni natavan Həbibi “Xəzər axşamı” verilişində deyib. İfaçı bildirib ki, mayda əməliyyat olunub:
“Sağlamlıqla bağlı şikayətlənməyi xoşlamıram. Bu yaxınlarda da əməliyyat olunmuşam, may ayında. Kor bağırsağın partlamasından üç gün keçmişdi, zəhər qana keçirdi.
Narkoz çox vurulduğu üçün ürəyim dayanmışdı. Üç dəqiqə kliniki ölüm keçirtdim. Ölümdən sonra nə varsa, getdim onu gördüm. Bizi çox fərqli şeylər gözləyir”.