NASA-dan XƏBƏRDARLIQ: ulduzlararası obyekt Yerə yaxınlaşacaq

İlk dəfə 11 avqustda Yaponiyada Hideo Nişimura tərəfindən adi rəqəmsal kameradan istifadə edilərək kəşf edilən “Nişimura” kometi sentyabrın 12-də yerə yaxınlaşacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə NASA xəbərdarlıq edib.

Qeyd edilib ki, kometin sentyabrın əvvəlində Günəş ətrafında fırlanması və sentyabrın 12-də (çərşənbə axşamı) Yerə 125 milyon kilometr məsafədə yaxınlaşması gözlənilir.

Sentyabrın 17-də isə “Nişimura” təxminən 32 milyon kilometr məsafədə orbitin Günəşə ən yaxın olan nöqtəsi “perihelion”a çatacaq.

Qeyd edilib ki, bir daha bu komet görünməyəcək, çünki onun orbiti ilk və son səyahəti olacağını göstərir.

Mümkündür ki, Nişimura kometi 2017-ci ilin oktyabrında kəşf edilən “Oumuamua”dan (bəzi astronomlar bunun yadplanetli kosmik gəmi olduğunu güman edirdilər) və 2I/Borisov kometlərindən sonra indiyə qədər kəşf edilmiş üçüncü məşhur ulduzlararası obyekt olacaq.

“Bu kometin səyahətinin digər maraqlı tərəfi də ulduzumuzun böyük cazibə qüvvəsinin yaratdığı Günəş ətrafında manevr etməsidir ki, bu da kometi kosmosun qaranlığına qaytarır”, – deyə bildirilib.

NASA-nın məlumatında qeyd edilib ki, komet Günəşə (Merkuri planetinin orbitində) o qədər yaxınlaşacaq ki, onun qaya, toz və donmuş qazlardan ibarət nüvəsi partlaya bilər.