Ermənistanda müxalifətdəki “Güclü Ermənistan” bloku ölkədə yeni parlament seçkilərinin keçirilməsini və ya seçkilərin ikinci turunun təyin olunmasını təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə blokun lideri, iş adamı Samvel Karapetyan jurnalistlərə açıqlamasında bildirib.
“Biz Nikol Paşinyanın hakimiyyətdən qanuni yolla uzaqlaşdırılması üçün əlimizdən gələni edəcəyik”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, “Güclü Ermənistan” artıq Mərkəzi Seçki Komissiyasına müraciət edərək nəticələrlə bağlı etirazını çatdırıb:
“Tələblərimiz nəzərə alınmasa, blok məsələni Konstitusiya Məhkəməsinə daşıyacağıq”.
Karapetyan əlavə edib ki, küçə etirazları variantı da istisna edilmir.
İyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində baş nazir Nikol Pashinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası seçicilərin 49,81 faiz səsini toplayıb.
“Güclü Ermənistan” bloku 23,29 faiz səslə ikinci, keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” alyansı isə 9,94 faiz səslə üçüncü olub.
Əliyar Xəlil
Globalinfo.az