Müharibənin uzanmasının səbəbkarı… – Zelenski

zelenski9

Hər belə raket zərbəsi ilə dünya əmin olur ki, müharibənin uzanmasının səbəbkarı Moskvadır. Ukrayna dəfələrlə atəşkəs təklif edib – həm ümumi, həm də hava məkanında. Bütün bu təkliflər qulaq ardına vurulub. Aydındır ki, nəticə əldə etmək və həqiqi diplomatiyaya başlamaq üçün Rusiyaya qarşı təzyiqlər daha ciddi olmalıdır.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski 24 may gecəsi Rusiyanın ölkəyə qarşı həyata keçirdiyi kütləvi hücuma münasibət bildirərkən deyib.

Zelenski bildirib ki, komandası ABŞ-dan, Avropadan və bütün tərəfdaş ölkələrdən sanksiya addımları gözləyir.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya Ukraynaya qarşı 14 “İsgəndər-M/KN-23” ballistik raketi və 250 kamikadze pilotsuz uçuş aparatı buraxıb.