Hərbi mənbələr davam edən HƏMAS-İsrail müharibəsində ələ keçirilən ərazilərlə bağlı son xəritəni hazırlayıb.
Globalinfo.az xəbər verir ki, xəritəyə əsasən ani hücuma keçən HƏMAS-ın son 48 saatda xeyli irəlilədiyi nəzərə çarpır.
Ekspertlər İsrail ordusunun hücumun gözlənilməz olması səbəbindən cavab tədbirləri üçün gecikdiyini, bunun da HƏMAS-ın irəliləməsinə səbəb olduğunu bildirirlər.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə “Əqsa tufanı” əməliyyatı başladığını elan edib və İsrailə hücum həyata keçirib. Genişmiqyaslı hücum nəticəsində 600-dən çox sakin ölüb, 2 mindən çox insan yaralanıb.
İsrail ordusu cavab tədbirlərinə başlayıb.
