Müharibənin ən dəhşətli mərhələsi yaxınlaşır – Priqojinin qorxunc proqnozu

“Vaqner”in rəhbəri Yevgeni Priqojin deyib ki, “qorxuram, bizi Belqorod vilayətində ona görə geri çəkilirlər ki, öz ərazimizə nüvə zərbəsi endirməyə fikirləri var. Ukraynaya nüvə zərbəsi endirmək qorxuludur, öz ərazimizə isə niyə də yox”.

Priqojinin sözlərində həqiqət var. Rusiya-Ukrayna müharibəsinin ikinci ilində effektiv irəliləyiş əldə edə bilmir. Bu da azmış kimi işğal edilmiş bir sıra yaşayış məntəqələri Ukrayna ordusu tərəfindən azad edilir.

Müharibənin uzanması, itkilərin artması onsuz da yorulmuş və vəziyyətdən narahat olan daxili auditoriyanın narazılığına səbəb olur. Kreml isə müharibəni davam etdirməkdə israrlıdır.

Rusiya arsenalındakı kütləvi qırğın silahlarından Ukrayna ərazisində istifadə etmək istəyir. Birbaşa nüvə silahından istifadə riskli olduğu üçün taktiki nüvə silahından istifadə nəzərdən keçirilir. Lakin bunun üçün Kremlə həm hüquqi baza, həm də əsaslı səbəb lazımdır. Bu baxımdan, Priqojinin dedikləri məntiqli görünür və diqqət çəkir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RİA Novosti-yə müsahibəsində ölkəsinin 3 halda nüvə silahı tətbiq edə biləcəyini vurğulamışdı:

Birincisi, Rusiyaya, yaxud müttəfiqlərinə nüvə təyinatlı raketlərlə zərbələr endirildikdə;

İkincisi, ölkənin nüvə qüvvələrinin fəaliyyətini iflic edə biləcək vacib infrastruktura hücum olunduqda;

Üçüncüsü, ölkənin mövcudluğunu təhlükə altına alacaq hücum gerçəkləşdikdə.

Aydın məsələdir ki, Ukrayna və ya ona dəstək verən ölkələrdən hansısa Rusiyaya nüvə zərbəsi endirməyəcək. Lakin Rusiya-Ukrayna müharibəsində istəklərini əldə etmək üçün bu silahdan istifadə etməlidir.

Priqojinin də dediyi kimi, mümkündür ki, Rusiya Ukraynaya nüvə hücumuna haqq qazandırmaq üçün əvvəlcə öz ərazisində analoji silahdan istifadə etsin.

Turan Rzayev
Globalinfo.az