d

“Avropa ABŞ olmadan da Ukraynanı maliyyələşdirməyə və ona silah göndərməyə davam edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa Parlamentinin Slovakiyadan olan deputatı Lubos Blaqa deyib.

“Avropa İttifaqı (Aİ) qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulan pulu Ukraynaya göndərəcək. Onlar Amerikasız da müharibə modelini saxlamaq üçün hər şeyi edəcəklər. Təbii ki, bu, mümkün deyil. Avropa ölkələrinin kifayət qədər pulu və resursları yoxdur”, – o bildirib.

Deputat Ukrayna münaqişəsinin dönüş nöqtəsində olduğunu əlavə edib:

“Davam edən proses tarixin dəyişməsidir. Amerika olmasa, Avropanın liberal liderləri və Rusiyaya nifrət edən qlobalistlər son nəticədə uduzacaqlar. Sadəcə zaman məsələsidir”.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: