Müharibə qəhrəmanının qohumuna vəzifə verildi

Quba şəhər Uşaq İncəsənət Məktəbinin (UİM) direktoru işdən çıxarılıb.

Globalinfo.az Axar.az-a istinadən bildirir ki, məktəbin direktoru Mirkazım Cəfərov dövlət işində işləmənin son yaş həddinə çatdığına görə təqaüdə göndərilib.

M.Cəfərovun yerinə UİM-in Rəssamlıq şöbəsinin müdiri Sadıq Məmmədov təyin olunub.

Qeyd edək ki, Sadıq Məmmədov Vətən müharibəsi qəhrəmanı, şəhid Mehrab Niftəliyevin bacısının əridir.