ukrayna esir

Rusiya-Ukrayna müharibəsində beynəlxalq konvensiyalara zidd olan daha bir qanlı cinayət baş verib. Ukraynada 5 gürcüstanlı döyüşçü güllələnib.

Globalinfo.az “yenisabah”a istinadla xəbər verir ki, öldürülən döyüşçülər Rusiya ordusunun Baxmut yaxınlığındakı artilleriya hücumundan sonra əsir götürülüb.

Ukrayna KİV-nin yazdığına görə, əsir götürülmüş həmin şəxslər qısa müddət sonra güllələnib.

Öldürülənlər arasında Ukrayna əsgərlərinin də olduğu qeyd edilir.

Gürcüstan Prezidenti Salome Zurabişvili həlak olan gürcüstanlı döyüşçülərin ailələrinə başsağlığı verib.

Paylaş: