MOSSAD gizli məlumatı açıqladı: İran dost ölkəyə hücum edəcək

İran Rusiya ilə müdafiə məsələlərinin gücləndirilməsi üzərində işləyir və ona müasir silahlar göndərməyə davam edir.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin MOSSAD kəşfiyyat idarəsinin rəhbəri Devid Barnea deyib.

“İranın Rusiyaya müasir silahların tədarükünü dərinləşdirməsi, uranın zənginləşdirilməsini genişləndirməsi, özünün dost müsəlman ölkələrinə hücumlarını aktivləşdirməsi ilə bağlı gələcək niyyətləri barədə xəbərdarlıq edirik. Son aylarda xüsusi xidmət orqanları İranın İsrail və regiondakı digər ölkələrə qarşı terror aktları həyata keçirmək cəhdlərini müəyyən edib”, – o bildirib.

Barnea həmçinin MOSSAD-ın İranın Rusiyaya silah verəcəyi ilə bağlı bir neçə ay öncədən xəbərdarlıq etdiyini deyib.

Gülnar Səlimova
Globalinfo.az