ru

“Rusiyanın 9 mayda Qırmızı Meydanı qorumaq üçün hər cür imkanı var”.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Viktor Sobolev Ukrayna Prezidenti Volodimir Zelenskinin təhdidlərinə cavab verərkən deyib.

“Ukrayna Silahlı Qüvvələri Qələbə Günündə paytaxta dronlar atsa, Moskva da Kiyevə eynisini edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Zelenski İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitinin açılışında Rusiyanı hədələyib.

“Ukrayna dronları da bu paradda uça bilər”, – deyə o bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: