Onik Qasparyan

“2020-ci ildə müharibədəki məğlubiyyətdən dərhal sonra Moskvada Ermənistanın keçmiş baş qərargah rəisi Onik Qasparyanla görüşdüm”.

Globalinfo.az xəbər verir ki, bu sözləri erməni əsilli rusiyalı jurnalist Aram Qabrielyanov deyib.

“Mən Onikə dedim ki, Moskvadan ciddi şəxslər ordunu küçələrə yeritməyi və hakimiyyəti müvəqqəti hökumətə təhvil verməyi təklif edirlər. İnformasiya dəstəyini isə özüm verəcəm. Onik bildirdi ki, qoy Moskva birbaşa göstəriş versin və mən ordunu yeridim. Mən bildirdim ki, heç kim birbaşa göstəriş verməyəcək. Bundan sonra aralandıq”, – o bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: