Ermənistanın keçmiş baş qərargah rəisi Onik Qasparyan Ermənistan-Rusiya birləşmiş ordu qruplaşmasının rəhbəri təyin olunacaq.
Globalinfo.az xəbər verir ki, bu məlumatı Ermənistan mətbuatı yayıb.
Məlumata görə, Qasparyanın namizədliyini Ermənistan Baş naziri Nikol Paşinyan irəli sürəcək. Mətbuat Paşinyanın bununla Qasparyana sadiqliyinin qarşılığını ödəmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, bundan öncə Ermənistan-Rusiya birləşmiş ordu qruplaşmasının rəhbəri Tiqran Pərvanyan istefaya göndərilib. Pərvanyan Rusiyanın erməni ordusunda əsas dayaqlarından sayılıb.
Onik Qasparyan isə müharibə dönəmində erməni ordusunun baş qərargah rəisi olub. Müharibədən sonra o, Paşinyana qarşı generalların üsyanının əsas təşkilatçısı olub. Üsyanın dayanmasından sonra baş nazirə qarşı çıxanların əksəriyyəti istefaya göndərilib saxlanılsa da, Qasparyana heç nə edilməmişdi.
İlkin Həsənov
Globalinfo.az