2023 09 23T183740Z 909673123 RC2HE3A6EXK0 RTRMADP 3 UKRAINE CRISIS UN LAVROV 1695498540

“Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammitində Ermənistanın Qərbə meyillənməsi müzakirə oluna bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, tədbir mayın sonlarında baş tutacaq.

“Avropa İttifaqının (Aİ) Ermənistanı öz təsir dairəsinə çəkmək cəhdləri İrəvanın Aİİ çərçivəsində əldə etdiyi iqtisadi üstünlüklər üçün risk yarada bilər”, – deyə Lavrov bildirib.

Rusiya XİN başçısı həmçinin qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan seçki prosesi səbəbilə sammitdə iştirak etməyə bilər:

“Bu, müzakirələrin tam formatda aparılmaması baxımından təəssüf doğurur”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: