“Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) İsrail tərəfindən Qəzza sektorunda atəşkəs razılaşmasına əməl olunacağı halda, bu ölkəyə raket hücumlarını və Qırmızı dənizdə gəmilərə edilən hücumları dayandıracaq”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ənsar Allah siyasi bürosunun üzvü Xuzam əl-Əsəd “RİA Novosti”yə bildirib.
O əlavə edib ki, əgər İsrail Qəzzadakı fələstinlilərə qarşı təcavüz və blokadanı bərpa edərsə, husilər hərbi əməliyyatları əvvəlkindən daha intensiv şəkildə davam etdirəcəklər.
Xatırladaq ki, İsrail və HƏMAS Misirin vasitəçiliyi ilə atəşkəs razılaşmasına nail olublar.
Əliyar Xəlil
Globalinfo.az