“Rusiya Ermənistanın suveren dövlət olmasını istəmir, buna görə də sərt addımlar atmaq üçün əlindən gələni edir”.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni siyasi ekspert Giorgi Tumasyan deyib.
Ekspertin fikrincə, Rusiya Ermənistanı vuramaq üçün fürsət axtarır: “Rusiya təxribatlar vasitəsilə təzyiq göstərmək istəyir, baş tutmayacaq. Nə olur-olsun, Rusiyanın Ermənistandakı agentləri məsələsi həll olunacaq”.
Tumasyan qeyd edib ki, Rusiyanın etməli olduğu yeganə şey Ermənistan xalqının qərarına hörmət etmək, seçkilərin nəticələrini tanımaq və Baş nazir Nikol Paşinyanı təbrik etməkdir.
Ekspert əlavə edib ki, Rusiyanın Ermənistandakı baş agenti Samvel Karapetyanın ölkədə hakimiyyətə qarşı kütləvi nümayişlər başlatmaq potensialı yoxdur:
“Digər agentlər – Robert Köçəryan və Qaqik Sarukyan da bu mənada Karapetyandan fərqli deyil. Yekunda Moskva buradakı agentlərinə xəyanət edəcək, onları qurban verəcək, Karapetyan-Sarukyan-Köçəryan məsələsi Ermənistan-Rusiya münasibətlərinin maraqlarına uyğun olaraq həll olunacaq”.