Türk diplomatın əsas qatili məhv edildi – FOTO

Türkiyənin Milli Kəşfiyyat İdrəsi PKK terror  təşkilatının “rəhbər” şəxslərindən sayılan Cəlal Qaya adlı terroçunu zərərsizləşdirib. 

Globalinfo.az xəbər verir ki, kod adı “Hasan” olan terroçu 2019-cu ildə türk diplomat Osman Kösenin qətlinin təşkilatçılarından biridir.

C.Qaya uzun müddət qruplaşmanın İraqdakı hissələrində fəaliyyət göstərib. MİT kəşfiyyatçıları tərəfindən uzun müddətdir izlənən Kaya son olaraq xüsusi əməliyyatın həyata keçirilməsi nəticəsində zərərsizləşdirilib.


Tahir Turan
Globalinfo.az