Ermənistanın ilk prezidenti Rusiya səfirini şoka saldı

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin növbəti dəfə ölkənin ilk prezidenti Levon Ter-Petrosyanla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Görüş ölkə mətbuatında birmənalı qarşılanmayıb.

Müzakirə zamanı rus diplomatın Ter-Petrosyanın sözlərindən şoka düşdüyü vurğulanıb. Bu, Rusiyanın Ermənistandakı səfiri ilə görüşdə birinci prezident, qərbyönlü Levon Ter-Petrosyanın Zəngəzur dəhlizinin tez bir zamanda Ermənistanın yurisdiksiyası altında açılması ideyasını müdafiə etməyə çalışması ilə əlaqələndirilib.

Tahir Turan
Globalinfo.az