misir

“ABŞ ərəb ölkələrinin Qəzza sektoru ilə bağlı planını qəbul etmir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik şurasının mətbuat katibi Brayan Xyuz deyib.

“Biz prezident Trampın Qəzzanın bərpası ilə bağlı baxışlarını dəstəkləyirik. Hazırkı təklif Qəzzanın həyat üçün yararsız olması faktını inkar edir və onun əhalisi regionda yalnız humanitar şəraitdə yaşaya bilər. Bu məsələnin müzakirəsi davam edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, Qəzzanın bərpa planını bundan öncə Misir irəli sürüb. Trampın planından fərqli olaraq bu, yerli əhalinin bölgədən köçürülməsini nəzərdə tutmayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: