WhatsApp Image 2023 05 08 at 15.33.09

Misirdən olan investorların Azərbaycana cəlb edilməsi üçün böyük imkanlar yaranıb.

Globalinfo.az bildirir ki, bunu Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Hişam Mohamed Naqi Abdel Hamid Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) təmsilçiləri ilə keçirilən görüşdə bildirib. Səfir 2 ölkə arasında tikinti sektorunda əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

ATMİA-nın icraçı direktoru Şahanə Sarı ticarət missiyalarının təşkili, inşaat sahəsində innovasiyaların dünyaya tanıdılması baxımından ATMİA-nın yetərincə resursa malik olduğunu diqqətə çatdırıb.

Misir səfiri ATMİA-nın Fəxri Üzvü seçildiyinə görə məmnunluğunu ifadə edib.

WhatsApp Image 2023 05 08 at 15.33.11

Malik Liftiyev
Globalinfo.az

Paylaş: