Mirzoyan və Baqeri regiondakı vəziyyəti müzakirə etdi

Ermənistan xarici İşlər naziri Ararat Mirzoyan İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani ilə telefonda danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər əvvəllər əldə edilmiş razılaşmaları həyata keçirməyə hazır olduqlarını bildiriblər.

Telefon danışığı zamanı ikitərəfli və regional gündəlikdəki məsələlərə toxunulub. Regiondakı vəziyyət müzakirə edilib.

Müşviq Tofiqoğlu
Globalinfo.az