Milyarder Aya bu məşhurlarla uçacaq

Yaponiyalı milyarder Yusaku Maezava pop ulduzu TOP-u və dj Stiv Aokini SpaceX raketi ilə Aya birlikdə uçuş üçün seçib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, hər iki tanınmış şəxs milyarderin Aya gələn ilə planlaşdırılan uçuş üçün seçəcəyi səkkiz nəfər arasında yer alacaq.

Xatırladaq ki, Maezava Aya ilk səyahət üçün 2018-ci ildə başlamış layihədə kosmik gəmidə olan bütün yerləri alıb. Bu, onun “Soyuz” kosmik gəmisində 12 gün davam etmiş səyahətindən sonra ikinci belə uçuş olacaq.

Yaponiyalı moda maqnatı və onun yoldaşları Ayın ətrafına dolanacaq SpaceX kosmik gəmisinin ilk sərnişinləri olacaqlar. Sözügedən layihə Ceff Bezosun “Blue Origin” və digər kommersiya şirkətlərinin varlı müştərilər üçün təşkil edəcəyi kosmik səyahətlər dövrünün başlanğıcı hesab edilir.