obama yeni

ABŞ-ın keçmiş prezidenti Barak Obama sosial şəbəkə hesabında 2024-cü ilin ən sevimli filmlərinin siyahısını paylaşıb.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, Obama siyahının altında qısa şərhdə yazıb: “Budur, bu il izləməyi tövsiyə edəcəyim bir neçə film”.

Obamanın xüsusi ardıcıllıqla sadaladığı  siyahıya “İşıq kimi düşündüyümüz hər şey”, “Konklav”, “Fortepiano dərsi”, “Vəd edilmiş torpaq”, “Müqəddəs əncirin toxumu”, “Duna: İkinci Hissə”, “Anora”, “Dìdi”, “Şəkər qamışı” və “Tamamilə naməlum” filmləri daxil edilib.

Paylaş: