Miloş Zeman postundan gedir

Miloş Zeman Çexiyanın dövlət başçısı kimi ikinci beşillik mandatının başa çatması ilə əlaqədar prezident postunu tərk edir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda “Gazeta.ru” məlumat yayıb.

Bildirilib ki, martın 9-da Praqa qəsrində yeni prezident, ordunun istefada olan generalı Petr Pavelin andiçmə mərasimi keçiriləcək.