Mikayıl Cabbarov Türkmənistan prezidenti ilə görüşdü

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə nazir X hesabında paylaşım edib.

“Türkmənistana səfərimiz çərçivəsində Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədovun qəbulunda olduq. Dövlət başçılarının dostluğa və həmrəyliyə əsaslanan Azərbaycan-Türkmənistan münasibətlərinə verdiyi önəm sayəsində çoxtərəfli əlaqələrin inkişafı qeyd olundu”, – paylaşımda vurğulanıb.