6Z4gOd9nxvCKvWPcAko47JFaSvWCCJakMAqGws4T 1200

Bakıda metronun “20 Yanvar” stansiyasının yaxınlığında ağaclıq sahədə yanğın başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər Baku.ws-in “qaynar xətt”inə daxil olub.

Yanğın metrodan “Dərnəgül” istiqamətinə dönən hissədəki ağaclıqda baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğınsöndürənləri cəlb olunublar və yanğın qısa zamanda söndürülüb.

Xəsarət alan olmayıb, lakin ərazidə tıxac yaranıb.

Sözügedən hadisə ilə bağlı görüntüləri təqdim edirik:

Paylaş: