
Argentina yığmasının və “İnter Mayami” klubunun hücumçusu Lionel Messinin İspaniyadakı malikanəsi ətraf mühit fəallarının hücumuna məruz qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Le Paririen” məlumat yayıb.
İqlim fəalları argentinalı futbolçu Lionel Messinin villasına girərək onu rəngləyib və üzərində “Planeti xilas edin, varlıları yeyin, polisi ləğv edin” yazılmış plakatla şəkil çəkdiriblər.
Qeyd edək ki, villa Messi tərəfindən 2022-ci ildə 11 milyon avroya alınıb.