Məşhur müğənni reanimasiyaya yerləşdirildi

 

Amerikalı məşhur müğənni Madonna həddindən artıq dozada narkotik qəbul etdiyi üçün xəstəxanaya yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Qərb mediası məlumat yayıb.

Məlumata görə, müğənni Nyu-Yorkdakı mənzilində huşsuz vəziyyətdə tapılıb və ona təcili olaraq “Narcan” inyeksiyası vurulub ki, bu da həddən artıq narkotik qəbulu zamanı təcili hallarda istifadə olunan preparatdır. Eyni zamanda hadisə ilə bağlı rəsmi versiyada bildirilir ki, həmin preparat ifaçıya bakterial infeksiyanın səbəb olduğu septik şokla mübarizə məqsədilə vurulub.