
“İranın mövcudluğu ciddi təhlükə qarşısında qalarsa, nüvə silahının əldə edilməsi gündəmə gətirilə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin deputatı Kamran Qəzənfəri deyib.
O bildirib ki, bir qrup parlament üzvü İrana qarşı təkrarlanan hücum və təhdidlərin fonunda nüvə silahının hazırlanması məsələsinin nəzərdən keçirilməsini təklif edib:
“Nüvə silahı əldə edib-etməmək barədə qərar İranın ali rəhbərliyi və ölkənin digər yüksək səviyyəli dövlət qurumlarının səlahiyyətindədir.
İslam Respublikasının mövcudluğuna ciddi təhlükə yaranarsa, ölkənin ali rəhbərliyi bu məsələ ilə bağlı mövqe ortaya qoya bilər”.
Safura Bənnayeva
Globalinfo.az