cengiz kurtoglu yolda kaza gecirdi hastaneye kaldirilan usta sanatcidan ilk habe 6a2fb3cbd5156

Türkiyəli müğənni Cengiz Kurtoğlu avtomobil qəzasına düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, hadisə ifaçının konsertə getdiyi zaman baş verib.

Sənətçi dərhal xəstəxanaya çatdırılıb və onun ayağında çat aşkarlanıb.

Həkimlər Cengiz Kurtoğlunun ümumi vəziyyətinin yaxşı olduğunu bildirərək bir müddət istirahət etməsinin vacibliyini qeyd ediblər.

Bu səbəbdən müğənninin planlaşdırılan konserti təxirə salınıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: