Məşhur müğənni infarkt keçirdi – FOTOLAR

Türkiyənin məşhur müğənnisi Gökhan Özen infarkt keçirib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sənətçi öz sosial şəbəkə hesabında məlumat verib.

İnstaqram səhifəsində qara fon şəkli paylaşan müğənni yazıb: “Dünən gecəyarısı Los-Ancelesdəki evimdə infarkt keçirdikdən sonra xəstəxanada bir müddət nəzarət altında qaldım və evə buraxıldım. Belə xəbərləri sizinlə bölüşmək istəməzdim, amma yaxşı günlər də var, pis günlər də. Bundan sonra müayinələri davam etdirməyi və stressdən uzaq çox sakit bir həyat sürməyi planlaşdırıram. Allaha əmanət”.

Qeyd edək ki, 43 yaşlı müğənni hazırda Amerikada yaşayır. 2000-ci illərin sevilən müğənnisi olan Özen daha çox yaddaşlarda “Boş ver”, “Civciv”, “Aramazsan Arama” və “Budala” mahnıları ilə qalıb.

Məlumat üçün bildirək ki, Gökhan Özen 2010-cu ildə aktrisa Selen Sevigen ilə ailə həyatı qurub. 6 il evli qalan cütlük 2016-cı ildə boşanıblar. Onların iki qız övladı var. Müğənni sonuncu dəfə keçmiş həyat yoldaşı ilə qızlarının qəyyumluğunu almağa görə yaşadığı problemlərlə gündəmə gəlib.