Tarixi qələbə: Azərbaycan Ordusu möhtəşəmdir! – Rus ekspert

İlham Əliyevə nəinki Makron və ya Şolts, əslində AB-yə görüşdən imtina etməyə imkan verən əsas amil Qarabağın birdəfəlik onun nəzarətinə qaytarılmasıdır.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı maliyyəçi və siyasi şərhçi Aleksandr Razuvayev paylaşıb.

“Budur, Qarabağ mövzusu bağlıdır. Separatçılar Azərbaycanın antiterror tədbirlərinə başlamasından bir gün sonra təslim oldular və qondarma qurum özünü ləğv etdiyini açıqladı. Möhtəşəm hadisə. Azərbaycan möhtəşəmdir və möhtəşəm döyüşçüləri var. Buna görə də müzakirə ediləcək başqa bir şey yoxdur. Qarabağ məsələsi bağlanıb. AB, Almaniya və Fransa (bu gün Əliyev və Paşinyanla görüşə hazırlaşanların hamısı) son aylarda Bakı əleyhinə bəyanatlarla çox fəal olub. Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən məsləhət xarakterli qətnamə qəbul edib. Bu da rol oynadı – niyə sənə qarşı olanlarla görüşəsən ki? Bu vasitəçilər nəsə düzgün etmirlər: vasitəçi sülhə çağırmalı, vəziyyətə qərəzsiz baxmalıdır, AB, Fransa, Almaniya isə sadəcə İrəvanın lobbiçiləridir. Avropa Siyasi Birliyinin sammiti layihəsinin təşəbbüskarı olan Makrona gəlincə, Bakı sadəcə olaraq imtinası ilə onu hamının gözü qarşısında əzdi”, – Razuvayev bildirib.

Razuvayev qeyd edib ki, Qranadada keçiriləcək görüşdə təzyiq olacaqdı:

“Bakı təzyiqlərə boyun əyməzdi. Onda bütün bunları dinləməyin nə mənası var idi? Ermənistandan fərqli olaraq Azərbaycan suveren ölkədir. Bakı bunu bir daha əyani şəkildə nümayiş etdirdi. İlham Əliyev isə daha bir mərhələdə tarixi qələbə qazandı. Hazırda dünya yenidən formatlaşdırılır. Və əvvəllər hamı (hətta indi də çoxları) Avropaya və ABŞ-a nə isə deməkdən qorxurdu. Azərbaycan artıq heç kimdən qorxmur. Azərbaycanın Avropaya enerji nəqlinin vacibliyini nəzərə alan Qərb Bakıya qarşı kəskin addımlar və ya real sanksiyalar (özlərinin sevimli üsulu) tətbiq etməyəcək. Burada da Azərbaycan qalib gəldi. Deməli, Əliyevdə alətlər və ona cavab verilməyəcəyinə inam var. Bakı enerji bazarındakı mövqeyini tamamilə adekvat qiymətləndirir. Onun ərazi bütövlüyünün bərpası qlobal miqyasda tarixi hadisədir. Supergüclər belə bəzən buna nail ola bilmirlər”.