Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 9 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Globalinfo.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 7,5 %, yuxarı həddi isə 10 % saxlanılıb.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı noyabrın 1-də ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.