ilGBCj8MjefKXaEq69bbzLamBoSgyI5Qs6r8IXAG 1200

İtaliya Nazirlər Şurasının sədri Corciya Meloninin Azərbaycana səfəri rəsmi olaraq iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və regional sabitlik kimi mövzuların müzakirəsi ilə izah olunur”.

Bu sözləri Globalinfo.az-a Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib.

Siyasi şərhçi bildirib ki, Azərbaycan-İtaliya münasibətləri kifayət qədər genişdir və tərəflər arasında etimad var:

“Xüsusilə İtaliya üçün Azərbaycan qazı Avropanın enerji şaxələndirilməsi strategiyasında mühüm yer tutur. Bu baxımdan, səfərin əsas məqsədlərindən birinin mövcud enerji layihələrinin genişləndirilməsi və yeni uzunmüddətli müqavilələr istəyi olması mümkündür.

Lakin səfərin pərdəarxası motivləri daha geniş geosiyasi aspektdən dəyərləndirilə bilər. Belə ki, Avropa İttifaqı son illərdə Cənubi Qafqazda təsirini artırmağa çalışır və İtaliya da bu prosesdə aktiv rol almağa can atır. Meloninin Bakıya səfəri həm də regionda balans siyasətinin Avropanın xeyirinə dəyişdirilməsinə hesablanıb. Həmçinin Rusiyanın təsirinə qarşı alternativ vasitələrin inkişafı məqsədi də daşıya bilər Artıq İtaliya enerji sahəsində əməkdaşlıqla yanaşı, yeni sferalarda əlaqələrə start vermək niyyətindədir. Bu baxımdan, Azərbaycanla strateji tərəfdaşlığın dərinləşdirilməsi fonunda nəqliyyat və logistika marşrutlarında da rolunu artırmağı hədəfləməsi mümkündür.

mutellim rehimli 1
Mütəllim Rəhimli

Digər tərəfdən, səfər İtaliyanın daxili siyasi amilləri ilə də bağlı ola bilər. Meloni hökuməti Avropada milli maraqlara əsaslanan praqmatik xarici siyasət kursu aparmağa çalışır. Azərbaycan kimi resurs baxımından əhəmiyyətli tərəfdaşlarla əlaqələrin gücləndirilməsi bu xəttə uyğundur. Onun səfəri təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, həm də daha geniş enerji və geosiyasi rəqabət müstəvisində İtaliyanın mövqeyini möhkəmləndirməyə yönəlmiş addım kimi qiymətləndirilməlidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: