photo 153546

Elm və Təhsil Nazirliyinin valideynlərə “müəllimlərə şirinlik verməyin” çağırışı sosial şəbəkələrdə müzakirə olunur. Valideynlər irad bildirirlər ki, “şirinlik” verilməsə, müəllim onların övladlarına aqressiv davranır və dərs keçmir. Məktəblərdə rüşvəti (“şirinliyi”) dayandırmaq valideynlərin işidir, yoxsa bu, qanunla tənzimlənməlidir?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Elm və Təhsil komitəsinin üzvi, Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib ki, rüşvətin aradan qaldırılması üçün müəllim və valideyn birgə addım atmalıdır:

“Əgər biz bütün proseslərin inkişaf etmiş ölkələrdəki kimi olmasını istəyiriksə, təhsilimizin yüksək səviyyədə olmasını arzulayırıqsa, övladlarımızın məktəblərdə həqiqi təhsil alaraq yetişmiş mütəxəssis olmasını istəyiriksə, sivil ölkələrdəki “şirinlik”siz yoldan keçməliyik. Hamılıqla proseslərə dəstək verməliyik”.

Mushfiq Memmedli

Müşfiq Məmmədli

Millət vəkili deyib ki, istər müəllimlər, istərsə də valideynlər bu kimi şeylərə qarşı çıxmalıdır:

“Artıq digər sahələrdə olduğu kimi, təhsil sistemində də islahatlar aparılır. Hər birimiz bu islahatlara dəstək verməliyik. Yan ödəmələr, başqa formada olan rüşvətlər birmənalı olaraq yığışdırılmalıdır. Arzuladığımız yüksək səviyyəli təhsil müəssisələrinin artması üçün rüşvətə qarşı çıxmalıyıq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: