“Rusiya, İran və Çin sanksiyalarla birgə mübarizə aparmaq üçün ortaq platforma yarada bilərlər”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O, hər üç ölkənin ək-sanskiyalar tətbiq etməsinin də mümkün olduğunu bildirib:
“Düşünürəm ki, sanksiyalara məruz qalan dövlətlərin onlara qarşı necə mübarizə aparacaqları barədə mövqelərini inkişaf etdirə biləcəyi bir növ müqavilə və ya heç olmasa bir platforma yaratmaq ideyasını müzakirə etmək mümkündür”.
Əliyar Xəlil
Globalinfo.az