Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya hakimiyyəti ilə bağlı açıqlamasına sərt reaksiya verib.
Globalinfo.az xəbər verir ki, Medvedev bu barədə “Makh” platformasında yayımlanan videoda çıxış edib.
O, Zelenskini təhqiramiz ifadələrlə hədəf alaraq bildirib ki, Ukrayna lideri Ukraynanı məhv etməyə davam etdiyi müddətcə yaşayacaq, daha sonra məhv olacaq.
O, həmçinin Zelenskinin guya Rusiya prezidenti və ətrafının həbs olunmalı olması ilə bağlı fikirlərinə cavab olaraq, Moskvanın mövqeyinin sadə və aydın olduğunu vurğulayıb.
Medvedev çıxışında Ukraynanı “404-cü ölkə” kimi təqdim edib və “yaşıl köpük” ifadəsindən istifadə edib. Bu terminlər son illər Rusiya rəsmiləri və təbliğat ritorikasında Ukraynaya münasibətdə işlədilən aşağılayıcı ifadələrdir.
Tahir Turan
Globalinfo.az