“Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi tam təmir olunub və istismara hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədr müavini Karen Tamazyan deyib.
“Gömrük texniki vasitələri, pasport nəzarəti, eləcə də sərhəd mühafizəsi baxımından sərnişinlərə xidmətin lazımi qaydada həyata keçirilməsi üçün bütün infrastrukturlar hazırdır”, – K.Tamazyan bildirib.
Qeyd edək ki, 1993-cü ildə Türkiyə Ermənistanla birtərəfli qaydada hava və quru sərhədlərini bağlayıb.
Əliyar Xəlil
Globalinfo.az